• facebook
  • instagram
  • twitter
  • youtube
  • email

(+994 12) 409 80 04

(+994 50) 207 80 04

(+994 70) 207 80 04

"AUTİZM və İNKİŞAF MƏRKƏZİ"nə - XOŞ GƏLMISINIZ

AUTİZM-XXI əsrin ən aktual psixoloji problemidir və Autizm sindromlu uşaqlar dünyada olduğu kimi ölkəmizdə də coxluq təşkil edir.

"AUTİZM və İNKİŞAF MƏRKƏZİ"-nin də yaradılmasında əsas məqsədimiz ölkəmizdə Autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onların aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Eləcə də bizim esas məqsədimiz - Autizmdən əziyyət çəkən uşaqlarla lazım olan psixokorreksiya işlərinin təşkili və aparılması, onların ailələrinə lazım olan professional psixoloji yardımın göstərilməsi, onlarda yaranmış komplekslərin və problemlərin korreksiyası istiqamətində tədbirləri təşkil etməkdir .
Bizim mərkəzdə Autizm sindromundan əziyyət çəkən uşaqların müalicə və reabilitasiyası məqsədi ilə bugün dunyada özünü doğrultmuş müasir reabilitasiya metodlarından istifadə edilir.

Biz Autizmli uşaqlarin reabilitasiyasında psixoloji və biheviorial müalicə üsullarından, ABA-terapiya, loqopedik məşğələlər, fərdi psixo-korrektiv metodlardan istifadə edərək duyusal bütünləmə və idman məşgələləri vasitəsi ilə aparılan təlimləri tətbiq edirik.

Mərkəzimizdə bütün psixoloji problemlərlə üzləşən uşaqlara, gənclərə, yeniyetmələrə yerli ve eləcə də Turkiyədən dəvət olunmuş peşəkar psixoloqlar, psixoterapevtlər, pedaqoqlar ,loqopedlər və sosial işlər üzrə mütəxəssislər tərəfindən yüksək səviyyədə xidmətlər göstərilir.

Sizi narahat edən və maraqlandıran məsələlərlə bağlı bizə müraciət edə bilərsiniz.

 

AUTİZM haqqında:

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.

Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir, əsas simptomları ümumi xarakter daşıyır:

  • Sosial münasibətlərdə pozğunluq
  • Nitq və ünsiyyətdə pozğunluq
  • Тəxəyyüldə pozğunluq

 Autizmin spektr pozuntuları:

  • Autizm
  • Asperger sindromu
  • Rett sindromu
  • Uşaqlıq dezinteqrativ pozuntusu
  • Atipik autizm

Autizmli uşaqlarin xüsusiyyətləri:

  • Başqalarına qarşı maraqsızdır
  • Göz təmasından qaçır
  • Başqaları ilə ünsiyyət qurmur
  • İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir
  • Digər uşaqlarla oynamır
  • Uzun müddət ərzində eyni mövzu üzərində danışır
  • Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir
  • Mənasız sözləri ardıcıl təkrarlayır
  • Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir
  • Yaradıcılıq tələb edən oyunları oynaya bilmir
  • Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
  • Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur
  • Davamlı olaraq eyni oyunları oynayır, əşyalara bağlanır
  • Ağrıya qarşı laqeyddir
  • Səslərə qarşı həddindən artıq həssasdır və ya həddindən artıq laqeydir
  • Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
  • Tək qalmağı xoşlayır
  • Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
  • Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
  • Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur
  • Stereotip davranışlar müşahidə olunur.

Əgər uşağınızda bu xüsusiyyətlərin bir necəsini müşahidə edirsinizsə vaxt itirmədən bizə müraciət edin!

 

guest-book-az

Biz facebookda